Cəlilabad rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində yanıq xəsarətləri alıb. Cəlilabad rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində yanıq xəsarətləri alıb.

Azyaşlının üzərinə qaynar su dağıldı - Bakıya gətirildi

Cəlilabad rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində yanıq xəsarətləri alıb.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Təklə kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 2017-ci il təvəllüdlü Tağıyeva Aynur Kəmaləddin qızının üzərinə qaynar su dağılıb. Nəticədə o, ağır yanıq xəsarətləri alıb.

Azyaşlı dərhal Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ona ilkin tibbi yardım göstərilib. Lakin vəziyyəti ağır olduğu üçün paytaxtdakı xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az