Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir. Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Evindən avtomat çıxdı

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının qanunsuz saxlanılan silah-sursat barədə əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini İnşallah Babayevin yaşadığı evdən 1 ədəd “AK” markalı silah, 1 ədəd patron darağı və 20 ədəd 7,62 çaplı patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az