01:04
(077) 610-22-33

Bakıda mənzildə ana və balanın meyiti tapıldı

  • >
375 13 Mart 2013 08:46 | Kriminal

Martın 13-nə keçən gecə Bakı şəhərinin Xəzər rayonunda yaşayış evində 2 meyit tapılıb



Rayon polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Pirallahı qəsəbəsi, 29-cu məhəllə, ev 15 mənzil 60 ünvanında yaşayan 1938-ci il təvəllüdlü Lidiya Abuşova və onun oğlu 1968-ci ildə anadan olmuş Yuriy Abuşovun meyiti elə yaşadıqları mənzildə aşkarlanıb. Meyitlər ekspertiza olunması üçün göndərilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, hər iki meyitin üzərində çürümə əlamətləri olub. Ana və oğlunun bir neçə gün əvvəl öldüyü bildirilir. İlkin ehtimala görə onlar qida zəhərlənməsindən ölüblər.

Fakt üzrə araşdırmalar davam etdirilir.
Bağla X