Aprelin 13-də Lənkəranda törədilən qətl hadisəsinin təfərrüatı məlum olub. Aprelin 13-də Lənkəranda törədilən qətl hadisəsinin təfərrüatı məlum olub.

Lənkəranda qətl hadisəsinin təfərrüatı: “Ərimin evi mənə qalmalıdır”

Aprelin 13-də Lənkəranda törədilən qətl hadisəsinin təfərrüatı məlum olub.

AzNews.az xəbər verir ki, Həsənova Sevda ilə Gülşən Salayeva arasında mübahisə ev üstündə düşüb:

“Arif Həsənovun iki arvadı var. Sevda onun qanuni həyat yoldaşıdır, Gülşən isə qeyri-qanuni yaşadığı qadındır. Arif hər iki qadını eyni mənzildə saxlayırdı. Hər ikisindən də övladı var. Qadınlar arasında ev üstündə dava düşüb. Sonra bu mübahisə böyüyüb. Sevda Gülşənə ərinin mənzilinin ona qalacağını deyib. Əsəblərinə hakim ola bilməyən Gülşən Sevdanı odun parçası ilə başından vurub. Qadın elə oradaca dünyasını dəyişib”.

Qeyd edək ki, Lənkəranda qətl hadisəsi baş verib. Rayon sakini 1976-cı il təvəllüdlü Həsənova Sevda Rüstəm qızını həyat yoldaşı Arif Həsənovun qeyri-rəsmi nikahda yaşadığı Gülşən Salayeva öldürüb.

Bahar RÜSTƏMLİ
AzNews.az