Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu bıçaqlamaqda təqsirləndirilən Məhərrəmov Quliyevə cəza istənilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu bıçaqlamaqda təqsirləndirilən Məhərrəmov Quliyevə cəza istənilib.

Siqaret çəkdiyini ona irad tutan dostunu bıçaqladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu bıçaqlamaqda təqsirləndirilən Məhərrəmov Quliyevə cəza istənilib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə prokuror çıxış edərək M. Quliyevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

M. Quliyevin vəkili çıxış edərək müvəkkilinin məcburi köçkün ailəsi olması, dayısı və əmisinin Qarabağ müharibəsində şəhid olmasının nəzərə alınmasını istəyib və cinayətin ictimai təhlükəli olmadığını bildirib.

Proses mayın 25-də davam etdiriləcək.

Qeyd edək ki, M. Quliyev qonşusu və dostu İbrahim Heydərli ilə məhlədə kafedə pivə içiblər. Bu zaman İ. Heydərli M. Quliyevə siqaret çəkməsinə görə irad bildirib və çəkməməsini bildirib. Bu da mübahisəyə səbəb olub. Kafedən çıxan dostlar küçədə söhbətə davam ediblər. Bu zaman M. Quliyev üzərində gəzdirdiyi bıçaqla İ. Heydərlini vurub. Sonra da özü maşınla onu xəstəxanaya aparıb.

İ. Heydərli onu bıçaqlayan M. Quliyevlə barışdığını və şikayəti olmadığını bildirib.

AzNews.az