Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 104 cinayət faktı qeydə alınıb, onların da 31-i “isti izlər”lə açılıb. Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 104 cinayət faktı qeydə alınıb, onların da 31-i “isti izlər”lə açılıb.

Ötən gün 104 cinayət faktı qeydə alınıb

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 104 cinayət faktı qeydə alınıb, onların da 31-i “isti izlər”lə açılıb.

AzNews.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 56 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 48 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.