Sumqayıtda ayrı-ayrı şəxslərə məxsus 2 yardımçı təsərrüfatdan ümumilikdə 70-dən artıq göyərçin oğurlanıb. Sumqayıtda ayrı-ayrı şəxslərə məxsus 2 yardımçı təsərrüfatdan ümumilikdə 70-dən artıq göyərçin oğurlanıb.

74 göyərçin oğurladı, tutuldu

Sumqayıtda ayrı-ayrı şəxslərə məxsus 2 yardımçı təsərrüfatdan ümumilikdə 70-dən artıq göyərçin oğurlanıb.

Daxili İşlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq hadisələrində şübhəli bilinən Sumqayıt şəhər sakini Orxan Ələkbərov saxlanılıb.

O.Ələkbərov bu il aprelin 8-dən mayın 3-dək olan müddətdə şəhər ərazisində ayrı-ayrı şəxslərə məxsus 2 yardımçı təsərrüfatdan ümumilikdə 74 göyərçin, torpaq sahəsindən qapı çərçivəsi, 7 metr elektrik naqili, inşaat materialları və məişət əşyaları, velosiped, stomatoloji klinikanın qarşısından 2 ədəd palma ağacı oğurlamaqda şübhəli bilinir.