Neftçala rayon sakini qətlə yetirilib. Neftçala rayon sakini qətlə yetirilib.

Parkdan meyit tapıldı

Neftçala rayon sakini qətlə yetirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, iyunun 8-də saat 8 radələrində Sumqayıt şəhəri 41-ci məhəllənin ərazisindəki parkda Neftçala rayon sakini Emil Nuriyevin üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Xəyal Abbasov saxlanılıb.

AzNews.az