Binəqədi rayonunda ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib. Binəqədi rayonunda ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib.

Bakıda qardaş bacısını bıçaqladı

Binəqədi rayonunda ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Sulutəpə qəsəbəsində, səhər saatlarında qeydə alınıb.

Ruslan Allahverdiyev küçəsi 19 ünvanında 1974-cü il təvəllüdlü Rəqsanə Mustafayeva qardaşı ilə ailə münaqişə zəminində mübahisə edib.

Mübahisə zamanı qardaşı əvvəlcə R.Mustafayevanı döyüb, daha sonra ona bıçaqla zərbələr endirib.

Yaralı orta ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onun vəziyyəti sabit ağırdır.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsi saxlayıb.

İstintaq araşdırmaları aparılır.

AzNews.az