Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümə səbəb olan sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Lalə İsrafilovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümə səbəb olan sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Lalə İsrafilovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

4 yaşlı uşağın ölümündə təqsirləndirilən qadına hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümə səbəb olan sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Lalə İsrafilovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə L. İsrafilova son söz deyib. O, günahsız olduğunu, cinayət törətmədiyini deyib: "Uşağın ölümündə günahım yoxdur. Mən bu məsələdə günahsız olduğumu sübut edəcəm".

Sonra hökm oxunub.

Hökmə əsasən, L. İsrafilova 9 il müddətinə azadlıqdan məhrum edilib.

O, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, hadisə 2017-ci il may ayının 9-da Quba rayonunun Bərqov kəndində baş verib. Kənd sakini, 2013-cü il təvəllüdlü Mustafazadə Fuad Həbib oğlu ailəsinin münasibəti olmadığı 1971-ci il təvəllüdlü İsrafilova Lalə Həsən qızının həyətinə icazəsiz daxil olub. Azyaşlı həyətdəki gülləri yolub, L.İsrafilova bunu görüb və uşağın həyətdən çıxmasını istəyib. Uşaq həyətdən çıxmadığı üçün Bu L.İsrafilova uşağı qovub. F.Mustafazadə qadından qorxaraq həyətdən qaçmağa başlayıb. Həyət darvazasından çıxarkən uşaq küçədə yıxılıb və baş nahiyəsindən aldığı xəsarət nəticəsində ölüb.

Faktla bağlı Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

AzNews.az