Paytaxtda bankda saxta dollar dəyişmək istəyən şəxs tutulub. Paytaxtda bankda saxta dollar dəyişmək istəyən şəxs tutulub.

Bankda saxta dollar dəyişmək istəyən şəxs tutuldu

Paytaxtda bankda saxta dollar dəyişmək istəyən şəxs tutulub.

DİN-dən verilən məlumata görə, iyunun 22-də Xətai Rayon Mühafizə İdarəsinə rayon ərazisindəki bankların birindən daxil olan həyəcan siqnalı ilə əlaqədar dərhal gələn polis əməkdaşları həmin ünvana gediblər.

Müəyyən edilib ki, banka gələn naməlum şəxs oranın xəzinədarına manata dəyişmək üçün 1 ədəd 100 dollarlıq əsginas verib. Xəzinədar əskinasın saxta olduğunu aşkar etdiyindən bu barədə polisə məlumat verib.

Həmin şəxs mühafizə polisinin əməkdaşları tərəfindən saxlanılaraq 34-cü PB-yə təhvil verilib. Araşdırmalarla onun Zabrat qəsəbə sakini Kamal Fərziyev olduğu müəyyən edilib.

AzNews.az