Məktəbli qız intihar etdi

Göyçay rayonunda 14 yaşlı qız intihar edib.

Göyçay Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Bığır kəndində qeydə alınıb.

Kənd sakini, 1999-cı il təvəllüdlü Aidə İntiqam qızı Osmanova yaşadığı evin həyətindəki tövlədə özünü asaraq intihar edib.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi açılıb.

AzNews.az