Əməkdar artist Könül Kərimova ona qarşı edilən 32 min manatlıq dələduzluq ittihamından danışıb. Əməkdar artist Könül Kərimova ona qarşı edilən 32 min manatlıq dələduzluq ittihamından danışıb.

Könül Kərimova dələduzluq ittihamını təsdiqlədi

Əməkdar artist Könül Kərimova ona qarşı edilən 32 min manatlıq dələduzluq ittihamından danışıb.

Sənətçi AzNews.az-a açıqlamasında bu haqda danışmaq istəmədiyini qeyd edib:

“Bu məsələ çoxdan olub. İndi neyləyək? Bu barədə danışmaq istəmirəm”.

Qeyd edək ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası keçirilib. "Report"un xəbərinə görə, o, bir neçə şəxsin etibarından sui-istifadə edərək, ümumilikdə 300 min manata yaxın pulu dələduzluq yolu ilə ələ keçirib.

Cinayət işi üzrə gedən istintaqda Azərbaycanın əməkdar artisti, müğənni Könül Kərimovanın da adı var.

İttiham aktına əsasən, M.Məmmədova müğənninin oğlu Rəşad Rəhimovu Rusiya universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürüləcəyini vəd edib. O, bu işə görə K.Kərimovadan ümumilikdə 32 min manat pul alıb. Lakin sonradan verdiyi vədə əməl etməyib.

Bahar RÜSTƏMLİ
AzNews.az