İki qardaş qonşularını bıçaqladı

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib. Göyçay rayon Polis Şöbəsindən apa-ya verilən məlumata görə, hadisə Göyçayın Türkmən kəndində qeydə alınıb. Kənd sakinləri, 1993-cü il təvəllüdlü İsayev Kənan Valeh oğlu və qardaşı 1992-ci il təvəllüdlü Taleh İsayev şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı qonşuları 1982-ci il təvəllüdlü Qəhrəmanov Zaur Aqif oğlunu bıçaqlayıblar. Bədəninin müxtəlif nahiyələrindən 9 bıçaq xəsarəti alan Zaur Qəhrəmanov ağır vəziyyətdə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

AzNews.az