Ağdaşda qəbiristanlıqda qətl törədən şəxs könüllü təslim olub. Ağdaşda qəbiristanlıqda qətl törədən şəxs könüllü təslim olub.

Qəbiristanlıqda adam öldürən şəxs könüllü təslim oldu

Ağdaşda qəbiristanlıqda qətl törədən şəxs könüllü təslim olub.

DİN-dən AzNews.az-a verilən məlumata görə, avqustun 9-da Ağdaş şəhəri ərazisindəki qəbiristanlıqda şəhər sakini Hüseyn İbadov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Nizami İsmayılovu qətlə yetirib.

Sonra o, könüllü olaraq polisə gəlib və hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngini təhvil verib.

Ağdaş RPŞ-nin əməkdaşları tərəfindən H.İbadovun həyətinə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

AzNews.az