Bakıda kafedə qətl törədən iki nəfər saxlanılıb. Bakıda kafedə qətl törədən iki nəfər saxlanılıb.

Kafedə adam öldürən iki nəfər tutuldu

Bakıda kafedə qətl törədən iki nəfər saxlanılıb.

DİN-dən AzNews.az-a verilən məlumata görə, avqustun 10-da Biləcəri qəsəbəsinin ərazisində yerləşən kafelərdən birinin həyətində naməlum şəxs Bakı şəhər sakini Cavid Həmzəyevi döyüb. C.Həmzəyev xəstəxanaya aparılarkən yolda ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən paytaxt sakini Elçin Nəcəfov və Babək rayon sakini, əvvəllər məhkum olunmuş Xaliq Mustafayev saxlanılıblar.

AzNews.az