Yevlax rayonunda bir öküz öz sahibinə xəsarət yetirib. Rayonun Tanrıqullar kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, həmin kənddə yaşayan Nadir Mehdiyevi özünün saxladığı öküz vurub: Yevlax rayonunda bir öküz öz sahibinə xəsarət yetirib. Rayonun Tanrıqullar kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, həmin kənddə yaşayan Nadir Mehdiyevi özünün saxladığı öküz vurub:

Öküz ki, öküz!- Sahibini çığnadı

Yevlax rayonunda bir öküz öz sahibinə xəsarət yetirib. Rayonun Tanrıqullar kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, həmin kənddə yaşayan Nadir Mehdiyevi özünün saxladığı öküz vurub:

“Nadir öküzü sahəyə aparırmış. O, öküzü otlaq sahəsinə bağlayıb aralanmaq istəyəndə arxadan ona bir neçə kəllə vurub. Zərbələrdən yerə yıxılan Nadir öküzün ayaqları altında qalıb. Oküz buynuzu ilə onun üzündən və qollarından ət parçaları qoparıb. Bundan başqa qıçına da xəsarət yetirib. Həkimlərin səyi nəticəsində Nadirin üzündən qopan ət onun üzünə tikilib. Hazırda xəstəxanadadır. Ayaqlarında problem olduğundan yeriyə bilmir”.

Bahar RÜSTƏMLİ

AzNews.az