Sabirabad rayonunda quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Sabirabad rayonunda quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Sabirabadda kütləvi dava - 4 nəfər həbs edildi

Sabirabad rayonunda quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı xəbərə görə, sentyabrın 17-də saat 14 radələrində Sabirabad rayonunun Nizami kəndində 4 nəfərin kənd sakinləri Mahir Hidayətovu, Murad Cəbrayılovu və qardaşı Nicatı döyməsi, M.Hidayətovun velosipedini və mobil telefonunu almaları barədə DİN-in "102 – Zəng Mərkəzi” Xidmətinə müraciət daxil olub.

Məlumatla əlaqədar dərhal Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Qaragüney Polis Bölməsinin əməkdaşları ilə birgə keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən rayonun Qaragüney kənd sakinləri Ceyhun Muradov, Xəyal Fətişov, Sakit Nuruşov və Rahil Heydərov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az