Daxili İşlər Nazirliyi ötən gün ərzində baş verən cinayət və hadisələr haqqında xüsusi məlumat yayıb. Daxili İşlər Nazirliyi ötən gün ərzində baş verən cinayət və hadisələr haqqında xüsusi məlumat yayıb.

DİN-dən əməliyyat: 23 nəfər tutuldu

Daxili İşlər Nazirliyi ötən gün ərzində baş verən cinayət və hadisələr haqqında xüsusi məlumat yayıb.

AzNews.az xəbər verir ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 93 cinayət faktı qeydə alınıb, onların da 12-si “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 11 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.