Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib. Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

21 yaşlı gənc əlini bıçağa atdı, həmyerlisini...

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

AzNews.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, hadisə rayon ərazisindəki Bərdə Texnologiya Kollecinin qarşısında baş verib.

Bərdə rayon sakini, 1997-ci il təvəllüdlü Süleymanlı Emin Kərim oğlu şəxsi münasibətlər zəminində rayon sakini, 1988-ci il təvəllüdlü Məmmədov Natiq Çingiz oğlu ilə mübahisə edib.

Mübahisə nəticəsində E.Süleymanlı N.Məmmədova 3 bıçaq zərbəsi vurub.

Daktla bağlı Bərdə rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb və E.Süleymanlı tutularaq istintaqa təhvil verilib.

AzNews.az