“Türkiyə rəhbərliyi Etimad İsmayılovun qətli barədə məlumatlıdır. Məlumatsız qalması da mümkün deyil, çünki bütün Türkiyə mediasında əsas xəbərlərdən biri məhz bu olayla bağlıdır”. “Türkiyə rəhbərliyi Etimad İsmayılovun qətli barədə məlumatlıdır. Məlumatsız qalması da mümkün deyil, çünki bütün Türkiyə mediasında əsas xəbərlərdən biri məhz bu olayla bağlıdır”.

“Ərdoğan Etimad İsmayılovun qətl işini xüsusi diqqətdə saxlayır” - ÖZƏL

“Türkiyə rəhbərliyi Etimad İsmayılovun qətli barədə məlumatlıdır. Məlumatsız qalması da mümkün deyil, çünki bütün Türkiyə mediasında əsas xəbərlərdən biri məhz bu olayla bağlıdır”.

Bunu AzNews.az-a açıqlamasında hazırda Türkiyədə yaşayan politoloq Toğrul İsmayıl “Ədalət” partiyasının sədri İlyas İsmayılovun oğlu Etimad İsmayılovun qətli barədə danışarkən deyib. O, Etimad İsmayılovun həyat yoldaşı Sevil Nuriyevanın Türkiyədə nüfuzlu jurnalist olmasına da diqqət çəkib.

Toğrul İsmayılın sözlərinə görə, hazırda cənazənin Bakıya aparılması üçün hazırlıq aparılır:

“Sevil xanımı Türkiyə prezidenti Ərdoğan şəxsən tanıyır. Baş vermiş hadisədən prezident dərhal xəbər tutub və bu məsələni xüsusi nəzarətə götürüb, müvafiq tapşırıqlar verib.

Toğrul İsmayıl qətlin onun özünü və ailəsini sarsıtdığını vurğulayıb: “Anam Xanım Xəlilova Sevil xanımla telefonla danışdı. Bildiyimiz qədər Etimadı iş yerində vurublar. Hazırda istintaq gedir. Əlavə məlumatlarım yoxdur”.

Qeyd edək ki, azərbaycanlı iş adamı Etimad İsmayılov Türkiyənin İstanbul şəhərindəki ofisində öldürülüb. Başından 2, ürəyindən 1 güllə yarası alan Etimad İsmayılov xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Mərhumu Floryadakı ofisində qətlə yetirən Gözəl Dəmirov İstanbul Təhlükəsizlik və İctimai Asayiş İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Bahar RÜSTƏMLİ
AzNews.az