Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib. Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib.

Gözəllik salonu qarət edildi - Bakıda

Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib.

AzNews.az teleqraf.com-a istinadən xəbər verir ki, 17-ci polis şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın işlədiyi F.Yusifov küçəsində yerləşən gözəllik salonunda içərisində 1300 manat və 500 ABŞ dolları olan pulqabısının oğurlandığını bildirib.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Onun paytaxt sakini Ə.Əhmədova olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az