Bakıda xüsusi amansızlıqla qətlə yetirilərək bir neçə hissəyə bölünmüş qadının bədəninin daha bir hissəsi tapılıb Bakıda xüsusi amansızlıqla qətlə yetirilərək bir neçə hissəyə bölünmüş qadının bədəninin daha bir hissəsi tapılıb

Qətlə yetilmiş qadının bədənin daha bir hissəsi tapıldı

Bakıda xüsusi amansızlıqla qətlə yetirilərək bir neçə hissəyə bölünmüş qadının bədəninin daha bir hissəsi tapılıb



Bu barədə APA-ya Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, mərhumun sağ ayağı Abşeron rayonu, Saray qəsəbəsindəki qəbiristanlıqda aşkar edilib.

Polisdən həmçinin bildirilib ki, mərhumun bədəni bir neçə yerə bölünüb, bədənin bəzi hissələri hələ də tapılmayıb. Hazırda qadının şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, martın 13-də Bakıda "Baksol yolu" adlanan ərazidəki zibillikdə qadın meyiti tapılıb. Tapılan meyitin başı, iki qolları və ayaqları kəsilib, daxili orqanları çıxarılıb.

Qadının başı bir neçə gündən sonra Saray qəsəbəsindəki qəbiristanlıqda torbada aşkar edilib. Aşkar edilən baş müayinə üçün ekspertizaya göndərilib.

AzNews.az