Növbəti “sxodka” İstanbulda keçirilib Növbəti “sxodka” İstanbulda keçirilib

“Qanuni oğru”lar görüş yerini dəyişdi – yeni ünvan: Türkiyə

Növbəti “sxodka” İstanbulda keçirilib



Rusiya kriminal aləminin xaç atası Aslan Usoyana (Ded Xasan) sui-qəsddən sonra "qanuni oğru"lara nəzarətin güclənməsi "sxodka"ların keçirilməsində də müəyyən dəyişikliklərə səbəb olub.

Belə ki, bir neçə "sxodka"ya hücumdan sonra "qanuni oğru"lar növbəti toplantını Türkiyədə keçirib.

AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, sonuncu "sxodka" mayın 10-da İstanbulda baş tutub və Kolya Tomski "taclandırılıb".

Onun "qanuni oğru" adı almasında Qela və Qiza Kardava, Merab Pipiya, Zviad Tbilisski, Oleq Çirkaçın xidmətləri olub.

Elnur
AzNews.az