05:47
(077) 610-22-33

Rövşən Lənkəranski “qanuni oğruları” Türkiyəyə yığır?

  • >
421 21 May 2013 14:19 | Kriminal

“Təkgöz” də qardaş ölkəni seçdi



Gürcüstanda həbsdən azad edilən "Təkgöz" ləqəbi ilə tanınan "qanuni oğru" Georgi Vibliani öz ölkəsində qala bilmədiyinə görə üçüncü ölkə kimi Türkiyəni seçib. O, həbsdən azad olduqdan sonra Ukraynaya getmək istəsə də Kiyevdə onu qəbul etməyiblər. AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, belə olan halda "Təkgöz" Türkiyəyə uçmaq qərarına gəlib və "Kiyev-İstanbul" reysi ilə bu ölkəyə yola düşüb.
Qeyd edək ki, belə vəziyyətlə bir müddət əvvəl başqa bir gürcü "qanuni oğru"- Konstantil Borisov da üzləşmişdi. Bu ilin yanvarında 3 belorus "qanuni oğru"- Timoxi, Paştet və Medvejoniokla bir yerdə "sxodka"da saxlanılan Borisov sonradan azad edilib.
Sərbəst buraxılan "Kostıl" ləqəbli K.Borisov Ukrayna gedib və sərhədi keçən kimi nəzarətə götürülüb. Elə həmin gün Ukraynanın müvafiq qurumları Kostılın 5 il ərzində bu ölkəyə girişini qadağan edən qərar çıxarıb.
Kostılın öz arzusu ilə onu Türkiyəyə deportasiya ediblər.

Bu hadisədən sonra daha bir "qanuni oğru"nun, bu dəfə Georgi Viblianinin Türkiyəyə getməsi azərbaycanlı "qanuni oğru" Rövşən Lənkəranskinin də bu ölkədə olması ilə bağlı şübhələrin artmasına səbəb olub.

Xatırladaq ki, bir neçə ay əvvəl R. Lənkəranskinin məhz Türkiyədə öldürülməsi barədə məlumatlar yayılsa da, təsdiqini tapmamışdı. Amma kriminal aləm onun Ded Xasanın ölümündən sonra Türkiyəyə getməsi ehtimalının güclü olduğunu bildirib.

Rusiya kriminal aləminin xaç atası Aslan Usoyana (Ded Xasan) sui-qəsddən sonra "qanuni oğru"lara nəzarətin güclənməsi "sxodka"ların da məhz Türkiyədə keçirilməsi ənənəsini yaradıb.

Sonuncu belə "sxodka" mayın 10-da İstanbulda baş tutub və Kolya Tomski "taclandırılıb".

Elnur
AzNews.az

Bağla X