OĞRU TACI ALANLAR RÖVŞƏN LƏNKƏRANSİKİYƏ YAXIN ADAMLARDIR OĞRU TACI ALANLAR RÖVŞƏN LƏNKƏRANSİKİYƏ YAXIN ADAMLARDIR

Moskva «sxodkası»nda azərbaycanlılara ad verildi - ADLAR

OĞRU TACI ALANLAR RÖVŞƏN LƏNKƏRANSİKİYƏ YAXIN ADAMLARDIR



Moskvadakı restoranların birində keçirilmiş sxodkada bir neçə azərbaycanlıya "vor v zakone" adı verilib. Bu barədə Rusiya paytaxtındakı mənbələrdən məlumat daxil olub. Məlumata görə, oğru tacı alanlar Rövşən Lənkəransikiyə yaxın adamlardır.
Yeni "qanuni oğlrular" arasında 1982-ci il təvəllüdlü Əhmədov Emin Camal oğlu ("Emin Hacıqabulski"), Talıbxanlı Hacıbaba Tahir oğlunun ("Qadji Beyləqansk") adı çəkilir.
Maraqlıdır ki, eyni zamanda "Ded Xasan"ın klanına yaxın çevrədə də "soxodka" olub. Orada taclandırılan 11 nəfər arasında isə üç nəfər azərbaycanlı da var. Bunlar Heydərov Albert Müseyib oğlu, Əliyev İlqar İbrahim oğlu və Rəşad Gəncinski tanınan şəxslərdir.
Yayılan digər xəbərdə isə bildirilir ki, həmin sxodkada Lotu Quli kimi tanınan Nadir Səlifovun qardaşlarından birinə də ad verilib. Amma Lotu Qulinin qardaşının adı çəkilmir.
Bu arada Lotu Qulinin özü ilə bağlı da xəbər yayılıb. AZNEWS.AZ-ın yaydığı məlumata görə, hazırda Bakıda, 8 saylı cəzaçəkmə müəssisəsində saxlanılan "Lotu Quli" ləqəbli "qanuni oğru" Nadir Səlifov Gürcüstana təhvil verilə bilər. Buna səbəb Lotu Qulinin Azərbaycan vətəndaşı olmamasıdır.

Niyaz
AzNews.az