Bakı sakini silah satarkən yaxalandı

Bakı şəhər sakini silah sursat-satarkən tutulub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Nərimanov rayonu ərazisində Bakı şəhər sakini Vladimir Şapurin 1 ədəd "Kalaşnikov" tipli silahı və 26 ədəd patronu 2.000 ABŞ dollarına satarkən saxlanılıb.

AzNews.az