15:58
(077) 610-22-33

Aeroportda qanlı dava: 20 yaşlı oğlan qətlə yetirildi

  • >
348 23 May 2013 08:53 | Kriminal

26 yaşlı oğlan özündən 6 yaş kiçik gəncə bir neçə zərbə vurub




Ötən gün Hacıqabul rayonunda qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Hacıqabul şəhərində, aeroport adlanan ərazidə 1987-ci il təvəllüdlü Abdullayev Mehman Mahir oğlu həmyerlisi 1993-cü il təvəllüdlü Zalov Nizam Rauf oğlunu qətlə yetirib. 26 yaşlı oğlan özündən 6 yaş kiçik N.Zalova bıçaqla bir neçə zərbə vurub.

M.Abdullayev saxlanılıb. O ilkin ifadəsində bildirib ki, hadisəni əsəbi halda törədib. Saxlanılan şəxs deyib ki, 20 yaşlı N.Zalov tez-tez ona yersiz zarafatlar edirmiş, söz atırmış. Hadisəni də elə bu səbəbdən törədib. Mayın 22-də rayon mərkəzində sözləri çəpləşən gənclər məsələni həll etmək üçün aeroport kimi tanınan əraziyə gəlib. burada M.Abdullayev özü ilə gətirdiyi bıçaqla məlum hadisəni törədib.

Faktla əlaqədar cinayət işi başlanılıb. Qətli törətmiş 26 yaşlı oğlan evlidir.

Qeyd edək ki, hadisənin baş verdiyi ərazi bir vaxtlar aeroport tikintisi üçün nəzərdə tutulubmuş.

AzNews.az
Bağla X