Ded Xasanın tərəfdarlarının cəzalandırılması haqda qərar qəbul olundu Ded Xasanın tərəfdarlarının cəzalandırılması haqda qərar qəbul olundu

“Qanuni oğru”ların “Kipr sxodka”sı – TƏFƏRRÜAT

Ded Xasanın tərəfdarlarının cəzalandırılması haqda qərar qəbul olundu




Kiprdə "qanuni oğru"ların geniş tərkibli iştirakı ilə "sxodka" keçirilib. Rusiya mətbuatının məlumatına görə, "qanuni oğru"lar adadakı bir restoranda iyunun əvvəlində toplaşıblar. "Sxodka"da 50-yə yaxın kriminal "general" da iştirak edib. Təşkilatçı isə kriminal aləmdə Edik Tbilisski kimi tanınan 44 yaşlı Eduard Asatryan olub.

"Sxodka"da məlum səbəblərdən Rusiyadan kənarda yaşamağa məcbur oln Merab Cvanqeladze, Vaja Biqanişvili, Robinzon Arabuli, Qivi Qordelazdze iştirak edib. Slayyan "qanuni oğru"ların da tədbirə dəvətli olduğu, ancaq iştirakdan imtina etdikləri bildirilir.

"Sxodka"da Bədri Koquaşvilinin "səlahiyyətlərinin" dayandırılması məsələsinə baxılıb. "Sxodka" iştirakçıları Roland Qeqeşkori və Merab Mzareula istisna olmaqla bir çox "qanuni oğru" ilə bağlı də eyni qərarı qəbul ediblər.

Bundan başqa Moskvada baş verən insidentlə bağlı məsələ də müzakirə edilib. Belə ki, aralarında Romik Cəfərovun da olduğu və Asatryanın tərəfdarları kimi tanınan bir qrup "oğru" Ded Xasan tərəfdarları tərəfindən aldadılaraq, görüşə çağırılıb və orada döyülüb. Bu hadisəni müzakirə edən "sxodka" iştirakçıları "qanuni oğru"ya əl qaldıranların ağır cəzalandırılması barədə qərar verib.

Qeyd edək ki, kriminal qruplaşmalar arasında son zamanlar yaranan münaqişədən sonra uzun illər Ded Xasanın təsir dairəsində olan Krosnadar vilayəti artıq onun müxaliflərinin təsir dairəsinə düşüb.

Bundan başqa "sxodka"da oğru ailəsinə yeni üzvlər də qəbul edilib: Artyom, Bondo, Qoqa Toradze, Dato Cvanqidze.

Elnur
AzNews.az