Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində millət vəkili Hüseynbala Mirələmovun qətl törətməkdə təqsirləndirilən qardaşı oğlu Rəşad Mirələmovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib. Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində millət vəkili Hüseynbala Mirələmovun qətl törətməkdə təqsirləndirilən qardaşı oğlu Rəşad Mirələmovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Deputatın qardaşı oğlunun cinayət işində yeni təfərrüatlar

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində millət vəkili Hüseynbala Mirələmovun qətl törətməkdə təqsirləndirilən qardaşı oğlu Rəşad Mirələmovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.



İttihama görə, 2012-ci il iyulun 17-də paytaxtın Səbail rayonu ərazisində fəaliyyət göstərən "1001 gecə" istirahət mərkəzində ölümlə nəticələnən insident baş verib. İstintaq zamanı Rəşad Mirələmovun "Makarov" markalı tapança ilə Ramal Bayramovu qəsdən öldürməsi, Səməd Mənsimov, Elmar Süleymanov və qeyrilərini qəsdən öldürülməyə cəhd etməsi müəyyən olunub. Rəşad Mirələmov deputat Hüseynbala Mirələmovun qardaşı oğludur.

Prosesdə R.Mirələmova ifadə vermək təklif edilib. O, ifadə verməyə hazırlaşmaq üçün vaxt istəyib.

Sonra prosesdə zərərçəkən şəxs qismində Firdovsi Bağırov ifadə verib. O, bildirib ki, 2011-ci ilin axırlarında R. Mirələmov onun iş yerinə gəlib: "Əvvəllər tanımadığım bu şəxs ustalara pul borcum olduğunu, həmin pulu verməyimi tələb etdi. Ona bildirdim ki, heç kimə borcum olmayıb. Sonradan adının Rəşad olduğunu bildiyim həmin şəxs getdi. Aramızda həmin vaxt heç bir problem yaranmadı".

Zərərçəkən qeyd edib ki, 2012-ci ilin iyul ayında R. Mirələmov onun iş yerinə təkrar gəlib. Onun sözlərinə görə, Rəşad ondan yenə də eyni qaydada ustalara olan borcu qaytarmağı tələb edib: "Yenə borclu olmadığımı bildirdim. Rəşad sinəmdən itələsə də heç bir xəsarət almadım. Rəşad gedəndən üç gün sonra həbs edildim".

Dövlət ittihamçısı bildirib ki, F. Bağırovun ibtidai istintaqa verdiyi ifadəsi ilə məhkəmədə səsləndirdiyi ifadəsi arasında ziddiyyətlər yaranıb. Bu səbəbdən dövlət ittihamçısı onun istintaqa verdiyi ifadəsinin elan edilməsi barədə vəsatət verib.

Vəsatəti təmin ediləndən sonra F. Bağırovun istintaqa verdiyi ifadələri elan edilib. O, ibtidai istintaqa ifadələrində qeyd edib ki, R. Mirələmov özünü avtoritet kimi təqdim edib. F. Bağırovun ifadələrində maraqlı məqamlardan biri də kriminal aləmdə "Rövşən Lənkəranski" kimi tanınan Rövşən Canıyevin adının keçməsi olub. R. Mirələmov özünü R.Canıyevin yaxın qohumu və adamı kimi təqdim edibmiş. (musavat.com)

AzNews.az