10:41
(077) 610-22-33

Lənkəranskinin silahdaşının həbsinin təfərrüatı

  • >
252 20 İyun 2013 20:20 | Kriminal

Avropanın bir neçə ölkəsində eyni zamanda keçirilən əməliyyat zamanı aralarında azərbaycanlı "qanuni oğru" Rövşən Lənkəranskiyə yaxınlığı ilə tanınan Merab Cvanqeladzenin də olduğu 18 kriminal "generalın" həbsinin təfərrüatları məlum olub.

Rusiya mətbuatının məlumatına görə, əməliyyat səhər erkən başlayıb. İtalya, Fransa, Avstrya, Litva, Almaniya, İspaniya, Portuqaliya, Çexiya, Macarıstan və Polşa polisinin iştirak etdiyi əməliyyatda 8 nəfər İtaliyada ələ keçirilib. Daha 5 nəfər Litvada saxlanıb. Portuqaliya və Çexiyada hər birində 2 nəfər, 1 nəfər isə Fransa və Macarıstanda saxlanıb.

Merab Cvanqeladze Budapetş otellərinin birində həbs olunub. Onunla bərabər Temuri Nemsiveridze, Qivi Qordeladze, Tamaz Koroçinadze, həmçinin daha gənc "qanuni oğrular"- Alik Karşivadze, İrakli Pipiya və yeni taclandırılan Ragden Şuliy də həbs edilib.

M.Cvanqeladzenin həbsinin səbəbi Rezav Çuradzenin ölümündə təqsirləndirilməsidir. Keçmiş polis əməkdaşı Revaz Çuradze tanınmış "qanuni oğru" Temur Çuradzenin atasıdır.

M.Cevanqeladzenin həbsinə hazırlıq uzun müddət aparılıb. Yarım ilə yaxın müddətdə onu müxtəlif ölkələrdə izləyiblər. Başqa bir məlumata görə isə, M.Cvanqeladze və komandası Avropadan Rusiyaya narkotik gətirilməsində iştiraka görə saxlanılıb.

Elnarə
AzNews.az
Bağla X