Macarıstanda saxlanılan “qanuni oğru” Rusiyaya verilməyəcək

İnterpolun dəstəyi ilə bir neçə Avropa ölkəsində eyni zamanda keçirilən bir neçə əməliyyat zamanı saxlanılan gürcü "qanuni oğru" Merab Cvanqeladze Rusiyaya təhvil verilməyəcək. Bu barədə məlumatı Rusiya mətbuatı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yayıb.

Məlumata görə, saxlanan 18 kriminal "general" arasında yer alan M. Cvanqeladzeni ötən ilin dekabrında Moskvada kriminal aləmin "xaş atası" Ded Xasanın öldürülməsinə görə ittiham etmək də hələlik rəsmi qaydaya həllini tapmayıb. Baxmayaraq ki, M.Cvanqeladze azərbaycanlı "qanuni oğru" Rövşən Lənkərnaski ilə bərabər Ded Xasanını əsas düşməni hesab edilirdi və qarşı tərəf onların hər ikisini Ded Xasanını qətlini sifariş verməkdə ittiham edir.

Bir müddət əvvəl isə saxlanılan "qanuni oğru" Camal Mikeladze vəkili vasitəsilə yaydığı məktubda Ded Xasanın ölümünü R. Lənkəranski və M.Cvanqeladzenin sifariş verdiyini bildirib. Ancaq hələlik Macarıstanda saxlanan "qanuni oğru"ya bununla bağlı heç bir rəsmi ittiham irəli sürülməyib. "Merabı Rusiyaya ekstradasiya etməyəcəklər. Burada ona qarşı rəsmi olaraq irəli sürüləcək bir ittiham yoxdur. Hazırda o, İtaliyada törətdiyi qanun pozuntusuna görə 48 saat müddətinə saxlanılıb" deyə mətbuat yazır.

Elnarə
AzNews.az