Rusiyada azərbaycanlıların daha bir faciəsi: Əvvəl arvadını, sonra özünü öldürdü

İyunun 27-də Rusiyanın Krosnoyarsk vilayətində azərbaycanlı qadın və onun əri ölmüş vəziyyətdə tapılıb. Hər iki şəxsin bədənində odlu silahdan atəş açıldığı bəlli olub. Cəsədlərin yanında isə silah tapılıb.

Cəsədləri yaxınlıqda motosikllə gəzən gənc tapıb. O yaxınlıqda "Dodge" markalı maşının qapılarının açıq olduğunu görüb və yaxınlaşdıqda iki cəsədləri görüb.

Əvvəlcə hər iki şəxsin başqası tərəfindən öldürüldüyü güman edilsə də sonradan aparılan araşdırma nəticəsində məlum olub ki, kişi əvvəlcə xanımını öldürdükdən sonra intihar edib.

Qadın və kişinin əvvəl nikahda olduğunu bildirilir. Qadını qardaşının sözlərinə görə, o, ərinə xəyanət edib. Bundan sonra əri onu Azərbaycana göndərərək, qayıdacağı təqdirdə ölümlə hədələyib. Ancaq qadın buna əhəmiyyət verməyərək iyunun 23-də geri qayıdıb. Bundan sonra baş verənlər barədə isə şəxsin qohumlarına heç nə məlum deyil.

Elnarə
AzNews.az