18:09
(077) 610-22-33

Sərxoş kişi iki uşaq anasını öldürdü

  • >
707 30 İyun 2013 21:40 | Kriminal

Şamaxı rayonunda qətl hadisəsi törədilib.

Hadisə bu gün saat 14:30 radələrində rayonun Mədrəsə qəsəbəsində qeydə alınıb.

Ağdaş rayon sakini, 1968-ci il təvəllüdlü Həmidov Tələt Həmid oğlu nikahsız yaşadığı Mədrəsə qəsəbə sakini, 1971-ci il təvəllüdlü Nəzərova Qotaz İsa qızını bıçaqlayaraq öldürüb.

Məlumata görə, spirtli içki qəbul edərək evə gələn Tələt Həmidov əvvəlcə qadını döyüb. Sonra onun boğazını kəsib, döş və qarın nayihəsinə 6 bıçaq xəsarəti yetirib. İki uşaq anası olan Qotaz Nəzərova hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, əvvəllər həbsdə olmuş Tələt Həmidov 1997-ci ildən bəri qadının Mədrəsə qəsəbəsindəki evində yaşayıb.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.//apa//

AzNews.az
Bağla X