02:24
(077) 610-22-33

2 azərbaycanlı “qanuni oğru” tacdan məhrum edildi - Sxodka

  • >
481 16 İyul 2013 07:42 | Kriminal

İyulun 15-də Yunanıstanda "sxodka" keçirilib və bir müddət əvvəl azərbaycanlı "oğru" Qoca Bakinskinin də iştirak etdiyi "sxodka"nın nəticələrinin tanınmadığı elan olunub.

Rusiya mətbuatının məlumatına görə, oğru aləmində nəticələri tanınmayan "sxodka" 56 yaşlı Vaja Biqanişvili tərəfindən keçirilmiş və 10 nəfərin "taclandırıldığı" elan olunmuşdu.

Qeyd edək ki, hələ iyunun sonunda Yunanıstanda bir-birinin ardınca "sxodka"lar keçirilməyə başlanıb. Əvvəlcə Dato Sebiskveradzenin rəhbərliyi ilə 4 nəfər "taclandırılıb".

Daha sonra qarşı tərəf - Vaja Biqanişvili, Qiya Çxvaradze, Çira Şoniya, Qoca Həmidov (Bakinski) və İlqar Əliyev 9 nəfəri "qanuni oğru" elan edib.

Həmin "sxodka"nın nəticələrinin tanınmaması barədə "yuxarı dairələrdə" qərar qəbul olunub və kriminal aləmin tanınmış nümayəndələri növbəti "sxodka" üçün Yunanıstana toplaşıb.

Azərbaycanlı "qanuni oğru"lar da daxil olmaqla əvvəlki "sxodka"nın iştirakçıları Yunanıstana getməkdən imtina ediblər. Onların hamısının əvəzində əvvəlki "sxodka"nın təşəbbüskarı olan Vaja Biqanişvili cavab verməli olub.

Vaja bu "sxodka"da statusundan məhrum edilib. Həmçinin Qoca Bakinski və İlqar Əliyevlə bağlı da eyni qərar verilib. Qilani adlı başqa bir "qanuni oğru"nun da səlahiyyətlərinə son verilib.

Elnur
AzNews.az
Bağla X