Cinayəti törədən məmur qardaşını önə verir Cinayəti törədən məmur qardaşını önə verir

İcra başçısının bıçaqladığı şəxs yoxa çıxıb

Cinayəti törədən məmur qardaşını önə verir

Ağcabədinin icra başçısı əvəzi Rövşən Əhmədovun rayon sakinini bıçaqlaması barədə məlumat yayılıb. Ağcabədi sakinlərinin AzNews.az-a verdiyi xəbərə görə, belə bir hadisə həqiqətən baş verib: "Ramizi bıçaqlayan Rövşən Əhmədovun özü oldu. Sonradan qardaşını və polisləri də çağırdı. İndi öyrənirik ki, sənədlərdə Ramizi bıçaqlayan şəxs kimi Rövşənin qardaşı Əliş göstərilir. Amma bu tamamılə yalandır". Hadisə şahidlərinin sözlərinə görə, Rövşən Əhmədov Ramızı öz ailəsinin gözü qarşısında döyüb: "Ramizin uşağı epilepsiya xəstəsidir, tez-tez qıc olur və onu xəstəxanaya aparırlar. Dünən də uşaq xəstələnib, təcili xəstəxanaya apararkən, təxminən 23 radələrində Rövşən Əhmədov onun maşınını (VAZ 21-06) saxlatdırıb". Qeyd edək ki, Ağcəbədi Rayon Polis Şöbəsi belə bir faktı təkzib etsə də, R. Əhmədov özü "Yeni Müsavat" qəztinə açıqlamasında hadısənin baş verdiyini, qarşı tərəfə zərər yetirənin isə özü deyil, qardaşının olduğunu bildirib. Deyib ki, sürücünü maşını yüksək sürətlə idarə etdiyi üçün döyüb.

Verilən məlumata görə, İcra hakimiyyətindən yaralının ailəsinə təzyiqlər olunub və bu barədə heç kimə açıqlama verilməməsi tapşırılıb. Elə buna görə də Ramizin və onun yaxınlarının Ağcəbədidə olmadığı bildirilir: "Ramizin vəziyəti ağır olduğuna görə onu Bakıya apardılar". Ancaq Bakıda fəaliyyət göstərən bir çox dövlət və özəl xəstəxanaları, eləcə də Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasından AzNews.az-ın əməkdaşına deyiblər ki, onlara bıçaqlanmayla Ramiz adlı şəxs müraciət etməyib.

Sakinlər onu da qeyd edir ki, Ağcəbədi icra başçısının müavini, hazırda başçının səlahiyyətlərini icra edən Rövşən Əhmədov vətəndaşlara qarşı kobud rəftarları ilə seçilir. O vaxtilə sürücü işləyib, İcra hakimiyyətində işə düzəldikdən sonra isə Gəncədəki ali məktəblərin birində təhsil alıb.

Mövzuya qayıdacağıq.


Əlican

AzNews.az