02:10
(077) 610-22-33

Hava limanında külli miqdarda silah-sursat

  • >
805 4 Avqust 2012 08:01 | Kriminal

Türkiyədən ölkəmizə silah gətirən şəxs saxlanılıb

Azərbaycan gömrükçüləri Türkiyədən
ölkəyə silah gətirilməsinin qarşısını alıblar. AzNews.az-
ın Dövlət
Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, Antalya-Bakı
aviareysi ilə gələn Azərbaycan vətəndaşı Mahir Rəfili gömrük nəzarətindən
"yaşıl kanalla" keçərkən hərəkətləri şübhə doğurduğu üçün Hava Nəqliyyatında
Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən saxlanılaraq şifahi qaydada
sorğu-sual edilib.
Onun yüklərinə keçirilən baxış zamanı karton qutunun
içərisindən gömrük nəzarətinə təqdim olunmayan, gömrük baxışından əvvəl nə
yazılı, nə şifahi, nə də elektron formada bəyan edilən - 9 ədəd "beşbarmaq", 4
ədəd metal dəyənək, 4 ədəd elektroşoker, 2 ədəd gözyaşardıcı qaz balonu və 1
ədəd qatlanan bıçaq aşkarlanıb.



Sevinc

AzNews.az

Bağla X