13:42
(077) 610-22-33

“Sxodka”da əlbəyaxa dava; kriminal general döyüldü

  • >
613 8 Noyabr 2013 08:17 | Kriminal


Yunanıstanda çox sayda "qanuni oğru"nun iştirakı ilə "sxodka" keçirilib. AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, "sxodka" "qanuni oğru" Qoqo Çikovaninin ölümünün 40-cə günü münasibətilə təşkil edilib.

Onun xatirəsini yad etmək üçün toplaşan kriminal "generallar" fürsətdən istifadə edib klanlar arasındakı mübahisəli məsələlərin də həllinə çalışıblar. Tərəflərin barışmaq üçün fürsət hesab etdiyi "sxodka" sonda dava ilə bitib.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, "sxodka" Laşe Şuşanaşvili və Dato Sebiskveradzeyə yaxınlığı ilə tanınan yunan "qanuni oğrular" tərəfindən təşkil edilib. "Sxodka"nın gedişində Edik Osetrinin masasına gələn Kaxa Cvanqeladze onu Merab Cvanqeladze ilə isti münasibətlərdə ittiham edib.

40 mərasimində belə bir xoşagəlməz vəziyyətlə üzləşən Edik Kaxanın ittihamlarına cavab verib və əlbəyaxa döyüş başlayıb. "Sxodka" iştirakçılarının bir çoxu Kaxanın hərəkətlərini bəyənməyib və Edikin tərəfini saxlayıb. Davada Kaxanın döyüldüyü bildirilir.

Elnur
AzNews.az
Bağla X