Üç avtomobil bir-birinə girdi, yaralılar var Üç avtomobil bir-birinə girdi, yaralılar var

Əzizbəyov-Mərdəkan şosesində daha bir ağır avtoqəza - Fotolar

Üç avtomobil bir-birinə girdi, yaralılar var

Bir neçə dəqiqə əvvəl "aeroport yolu" kimi tanınan Əzizbəyov-Mərdəkan şosesisində ağır yol qəza hadisəsi baş verib. Hadisənin şahidi olan AzNews.az-ın əməkdaşının verdiyi məlumata görə, şəhərdən Mərdəkan istiqamətinə hərəkət edən KİA, Toyota Prado və Fiat markalı avtomobillər toqquşublar. Nəticədə hər üç avtomobilə ciddi ziyan dəyib, yolda hərəkət tamamilə dayanıb.

Hadisə yerinə gec də olsa Təcili Tibbi Yardım və Yol Polisi əməkdaşları gəliblər. Avtomobillərdə olan sürücü və sərnişinlər arasında ciddi xəsarət alanlar var. Əzilmiş avtomobillər 1 saatdan sonra əraziyə gətirilən evakuatorlar vasitəsi ilə yoldan kənarlaşdırılıb, hərəkət bərpa edilib.


Ilkin

AzNews.az


image description image description image description