08:43
(077) 610-22-33

İki gəncin mübahisəsi bıçaqlanma ilə nəticələndi

  • >
528 15 Dekabr 2013 20:49 | Kriminal

Şirvan şəhərində iki gənc arasında yaranmış münaqişə bıçaqlanma ilə nəticələnib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, dekabrın 14-də saat 22.30 radələrində Şirvan şəhəri Ərəblinski küçəsində bıçaqlanma hadisəsi baş verib.

Tonqal ətrafında içki məclisi təşkil edən Şirvan sakinləri 1991-ci il təvəllüdlü Azayev Valid Sərəstun oğlu və 1986-cı il təvəllüdlü Əliyev Rasim Nazim oğlu arasında yaranan mübahisə sonradan davaya çevrilib. Mübahisə zamanı Rasim Əliyev Valid Azayevi bıçaqlayıb. Yaralı dərhal Şirvan şəhər mərkəzi xəstəxanasına çatdırılıb. Yaralının üzərində 4 saat cərrahiyyə əməliyyatı aparılıb.

Həkim-cərrah Namizəd Xankişiyevin bildirdiyinə görə, yaralının döş qəfəsinin sol nahiyyəsində ürək boşluğuna işləyən, ağ ciyəri deşib keçən yara aşkar olunub. Xəstə əməliyyat olunub. Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti həkimlər tərərfindən kafi qiymətləndirilir.

Hadisəni törədən Əliyev Rasim Nazim oglu Şirvan polisi tərəfindən saxlanılıb.

Faktla bağlı Şirvan polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.


AzNews.az
Bağla X