“Qanuni oğru” oğurluq edərkən yaxalandı - FOTO

Moskvada "Peço" ləqəbli "qanuni oğru"nun həbs edilməsi ilə nəticələnən atışmanın təfərrüatları məlum olub.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, dekabrın 13-də paytaxtın mərkəzində iki polis əməkdaşının yaralanması ilə nəticələnən olayla bağlı bəzi məlumatlar üzə çıxıb. Polislə cinayətkar qruplaşma arasında atışma paytaxtın mərkəzi küçələrinin birində baş verib. Daha sonra məlum olub ki, aralarında "qanuni oğru"nun da olduğu qrup evə soyğun məqsədilə girib. Onlar evdə külli miqdarda pul və zinət əşyalarının olduğu xəbərini alıb mənzilə daxil olublar. Ancaq polis bundan xəbər tutub və evə basqın edib. Baş verən atışmada hər iki tərəfdən yaralananlar olub.
Polisin məlumatına görə, oğrular evdən götürdükləri 145 min rublu və qızıl zinət əşyalarını zibilliyə atıblar. Ancaq sonradan həmin əşyalarla yanaşı, oğrulardan birinə aid tapança da tapılaraq götürülüb.
Həbs edilən oğrular indiyə qədər də ifadə verməkdən imtina edirlər.

Elnarə
AzNews.az