Yeni ildə ilk qətl: 32 yaşlı şəxs güllələndi (Yeniləndi)

Bu gecə Bakıda 1 nəfərin ölümü ilə nəticələnən qətl hadisəsi baş verib. Verilən xəbərə görə, paytaxtın Binəqədi rayonunda baş verib. Məlumata görə, şəxsiyyəti naməlum 32 yaşlı kişi odlu silahla başından və ürəyindən vurulub. Faktla bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb. Qətli törədənin və öldürülənin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır (ANS).

01:10

Bakı şəhər sakini, 1980-cı il təvəllüdlü Elnur Eldar oğlu Mustafayev idarə etdiyi "VAZ" markalı avtomobildə güllələnib. Üç güllə yarası alan E. Mustafayev hadisə yerindəcə keçinib. Polisdən həmçinin bildirilib ki, naməlum şəxslər E. Mustafayevə tapançadan atəş açıblar. Hadisənin törədən şəxslərin kimliyi və hadisənin baş vermə səbəbləri hələlik məlum deyil. Baş vermiş hadisə ilə bağlı polis və prokurorluq əməkdaşları tərəfindən əməliyyat-istintaq qrupu yaradılıb. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtyarış tədbirləri davam etdirilir.