Milli qəhrəmanın güllələnən əmisi xəstəxanada öldü – FACİƏ

Dekabrın 30-da Ağcabədi rayonunun Afşar kəndində güllələnən Zahid Qarayev adlı şəxs bu gün dünyasını dəyişib. AzNews.az-a bu barədə məlumat Z.Qarayevin müalicə aldığı M.A.Topçubaşov adına Klinik Cərrahiyə Elmi-Tədqiqat İnstitutundan daxil olub. Məlumatda bildirilir ki, yaralının həyatını xilas etmək mümkün olmayıb. Onu dəfn etmək üçün yaşadığı kəndə aparıblar.

Xatırladaq ki, dekabrın 30-da Ağcabədi rayonunda silahlı insident baş verib. Avşar kəndində baş vermiş silahlı insident zamanı Zahid Qarayev adlı şəxs güllə yarası alıb.

Hadisənin təfərrüatlarına gəlincə, şəhid Milli Qəhrəman Namiq Abdullayevin qardaşı Vüsal Abdullayevi vurmaq istəyən kənd sakinləri Zaur və Anar Baxşəliyevlər onun yaşadığı evin həyətinə gəliblər. Elə bu zaman V.Abdullayevə atılan güllələr onun əmisi Zahid Qarayevə dəyib.

Qeyd edək ki, son zamanlar Ağcabədi rayonunda silahlı insidentlər tez-tez baş verir. Təkcə dekabr ayında yalnız Afşar kəndində iki belə hadisə baş verib.

Rayonun polis rəisi Şamil Seyidlidir.

Azər
AzNews.az