Venesuela gözəli qətlə yetirildi

29 yaşlı keçmiş Venesuela gözəli Monika Spir və onun əri Tom Berri banditlərin tərəfindən öldürülüb.
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, hadisə zamanı onların 5 yaşlı qızı yaralanıb. İlkin məlumatlara görə, Spirs avtomobilini yolun kənarına çəkib saxlayan zaman quldurlar maşına hücum edib.

Monika və həyat yoldaşının meyidi avtomobilin salonunda tapılıb. Banditlərin soyğunçuluq məqsədilə hücum etdiyi bildirilir. Venesuelada hüquq-mühafizə orqanları tərəfindən hadisə ilə bağlı istintaq başladılıb.

Qeyd edək ki, Monika Spirs "Miss Venesuela 2004" gözəllik müsabiqəsinin qalibi olub. Model eyni zamanda aktrisa kimi fəaliyyət göstərirdi.


AzNews.az