11:51
(077) 610-22-33

27 yaşlı qız qanına qəltan edildi

  • >
819 10 Yanvar 2014 09:38 | Kriminal

Bakı şəhərinin Nərimanov rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

Rayon Polis İdarəsindən verilən məlumata görə, Ə.Qayıbov küçəsində Şəki şəhər sakini, 1984-cü il təvəllüdlü Babayev Məqsəd Carı oğlu həmyerlisi, qeyri-rəsmi nikah münasibətində yaşadığı 1987-ci il təvəllüdlü Ərəbova Mətanət Sərdar qızını bıçaqlayıb. Qarın, boğaz və bud nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlər alan qadın Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qadının boğa və qarın nahiyəsinə yetirilmiş xəsarətlər daxilə nüfuz etməyib. Bud nahiyəsinə endirilmiş bıçaq zərbəsi isə onun çoxlu qan itirməsinə səbəb olub.

Qeyd edək ki, cütlük Nərimanov rayonunda tutduqları kirayə mənzildə birgə yaşayıb. Faktla bağlı araşdırma aparılır.(lent.az)
Bağla X