Tacı əlindən alınan erməni “qanuni oğru” öldü


Ermənistanın Gümrü şəhərində keçmiş "qanuni oğru" Asatur Petrosyan ölüb. Kriminal aləmdə Aso Leninakanski ləqəbi ilə tanınan "qanuni oğru" son zamanlar agır xəstəlikdən əziyyət çəkirmiş. Bir neçə dəfə əməliyyat edilən Aso 1972-ci ildə "taclandırılıb".

1995 -1999-cu illərdə Amerikada yaşayıb. Kriminal aləmin "xaç atası" Aslan Usoyanla Rudikin münaqişəsi zamanı Aso ikincinin tərəfini saxlayıb. Hətta bir "sxodka"da iştirakdan sonra Ded Xasan tərəfdarları onun "qanuni oğru" statusunun alınması barədə qərar verib. Rudikin ölümündən sonra Aso bir neçə erməni "qanuni oğru" ilə bərabər tacdan məhrum edilib.
Bundan sonra köhnə "oğru"lardan bir neçəsi Aso ilə Ded Xasan arasındakı buzları əritməyə çalışsalar da onun oğru statusunu bərpa etmək mümkün olmayıb.

Elnur
AzNews.az