22:00
(077) 610-22-33

“Vor zakon“ ölümündən əvvəl uşaq bağçası açıb

  • >
637 13 Yanvar 2014 21:42 | Kriminal


Kriminal aləmdə Dato Potinski adlanan kriminal avtoritet David Melkadzenin öldürülməsinin ilginç ipucları müəyyən edilib.
O moskvaətrafı Krasnoqorskda supermarketin dayanacağında üşaqlarının gözləri qarşısında güllələnib.


AzNews.az NTV - yə istinadən bildirir ki, Melkadzenin öldürülməsinin ən inandırıcı versiyası kimi qisas göstərilir.

İstintaq müəyyən edib ki, öldürülən əvvəllər narkotika saxlamağa görə həbs edilib.
Görünür kirli keçmişini təmizləmək və bəlkə də özünü kriminal aləmin siyahısından silmək üçün Melkadze ölümündən bir az əvvəl şəxsi uşaq bağçası açıb. Həyətində öldürüldüyü hipermarketə də o məktəbəqədər uşaqlar üçün stol sifariş vermək üçün gedibmiş. Onun yanı ilə dayə və iki tərbiyəçi də gedib.

Güllələnmə anı nəzarət kameralarında qeyd olunub.

Melkadzeni çoxdan izləyiblər. Kriminal aləmin başqa bir dəstəsi hələ 20 il əvvəl törədilmiş bir cinayətin təşkilatçısı kimi onu günahlandıraraq qisas almaq üçün zaman gözləyiblər.
1994 - cü ilin aprelində digər kriminal avtoritet və onun arvadı kiçik yaşlı oğlanlarının gözləri qarşısında güllələnib. Onda çox incə təsadüf nəticəsində sağ qalan o uşaq indi yetkin bir kişidir və istintaqçılar ilk olaraq yəqin ki, onu sorğu - sual edəcəklər.


Azər
AzNews.az

Bağla X