Qardaş qardaşı öldürdü- Bakıda

Bakıda qardaş qardaşı qətlə yetirib.

Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Ağa Nemətulla küçəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Zahir Əsəd oğlu Əsədov aralarında yaranan münaqişə zəminində qardaşı, 1961-ci il təvəllüdlü Vahid Əsədovun baş nahiyəsinə linglə vuraraq qətlə yetirib.

Hadisəni törədən Z. Əsədov könüllü olaraq polisə təslim olub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

AzNews.az