Rövşən Lənkəranskinin azərbaycanlı killerinə ağır cəza- Təfərrüat (Yenilənib)

Rövşən Lənkəranskinin killeri "Axsaq Nazim" ləqəbi ilə tanınan Nazim Hümbətov 4 nəfərin qətlində ittiham edilir.


AzNews.az Rusiya mətbuatına istinadən xəbər ki, istintaq komissiyası bununla bağlı işin istintaqını yekunlaşdırıb.

İstintaqın məlumatına görə, bu şəxs R.Lənkəranskinin ştatlı killeri olub. Rusiyadakı Pokrov bazarı və digər topdansatış məntəqələrinə nazarətlə bağlı klanlar arasında "müharibədə" R.Lənkəransi Axsaq Nazimin xidmətindən istifadə edib. Moskva regionundakı meyvə-tərəvəs bazaları uğrunda müharibədə onlarla adam öldürülüb ki, onlardan bəzilərinin N.Hümbətov tərəfindən öldürüldüyü bildirilir.
N.Hümbətova qarşı Cinayt Məcəlləsinin 105 və 222-ci maddələri ilə cinayət işi açılıb.

İstintaqın versiyasına görə, 2003-cü ilin 24 sentyabrında Hümbətov Ceyhun Xəlilov da daxil olmaqla digər iki şəxsin müşayəti ilə Moskva ətrafındakı avtoservisə gedib.

Burada o, İlqar Hüseynov adlı şəxslə söhbət edib, ancaq söhbət alınmayıb. Bu zaman silahlar işə salınıb. N.Hümbətovu atəşdən qorumaq üçün onu müşayət edən Ceyhun Xəlilov özünü qabağa verib.

Bundan sonra İlqar Hüseynovun yanında olan 3 azərbaycanlıya da atəş açılıb. Nəticədə İlqar Hüseynov və onun yanındakı Məmmədov soyadlı azərbaycanlı öldürülüb. İki nəfər isə ağır yaralanıb. 2008-ci ildə Axsaq Nazim barədə axtarış elan edilib. 2012-ci ildə o saxlanılıb. Axsaq Nazimin yaxın adamı hesab edilən Ceyhun Xəlilov isə öldüyünə görə barəsindəki cinayət işi ləğv edilib.(10.19)

***

R.Lənkəranskinin ştatlı killeri olan Axsaq Nazimlə bağlı tərəffüatlar ortaya çıxıb.

AzNews.az xəbər verir ki, N.Hümbətov Azərbaycandan Rusiyaya 1990-cı illərdə gedib. Elə o zamandan etibarən də həmyerliləri onu killer kimi istifadə etməyə başlayıblar. Hümbətovun adı qalmaqallı ölüm işlərində çəkilib. Ancaq sübut olmadığına görə onu həbs etmək mümkün olmayıb. Ancaq Rövşən Lənkəranski ilə tanışlıqdan sonra killerin adı daha çox hallanmağa başlayıb.

Bu o zaman idi ki, R.Lənkəranskini "taclandıran" Mirseymur Abdullayevlə çeçen "qanuni oğru"lar Dobçayev, Xasxanov və avtoritet Kazbek Dukuov arasında Doroqomilovski bazarı uğrunda "müharibə" başlamışdı. Qarşıdurma 2003-cü il 13 apreldə Mirseymur Abdullayev və onun yaxın adamı Babayevə sui-qəsdlə başa çatdı. 12 güllə vurulan M.Abdullayev öldü, yaxın adamı isə 3 güllə yarası alaraq sağ qaldı.

İstintaq müəyyən edib ki, hadisəni Dukuzov törədib. Bu şəxs hazrda "Forbes" jurnalının rus versiyasının baş redaktoru Pol Xlebnikovun ölümündə ittiham edilərərk beynəlxalq axtarışa verilib.

M.Abdullayev öldürüldükdən sonra müharibəni R.Lənkəransiki davam etdirib. İstintaqın versiyasına görə, R.Lənkəranskinin killerlər briqadasında əsas yeri Nazim Hümbətov və Rüfo Gəncinski (Ülfət Tağıyev) tutub.

2003-cü ildə R.Lənkəranskinin killerləri azərbaycanlı avtoritet, "Yevlaxlı Elçin" ləqəbi ilə tanınan Elçin Əliyevlə hesablaşıb. Həmin il daha 4 nəfər öldürülüb. 2006-ci il aprelin 7-də Hikmət Muxtarov, bir il sonra isə Rusiya paytaxtında "qanuni oğru" Çingiz Axundov güllələnib.


Elnarə
AzNews.az