22:31
(077) 610-22-33

Polis bütün ailə üzvlərini güllələdi

  • >
442 17 Yanvar 2014 21:50 | Kriminal

34 yaşlı amerikalı polis əməkdaşı C.Boren ailə münaqişəsi zəminində həyat yoldaşını, qayınanasını, iki azyaşlı övladını öldürüb. AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, polis əməkdaşının öldürdüyü uşaqlar 7 yaşlı oğlu və 5 yaşlı qızıdır. 4 nəfəri qətlə yetirdikdən sonra o, özünü də güllələyib. Hadisə Yuta ştatının Speniş-Fork şəhərində baş verib. Hadisə yerinə gələn polis əməkdaşları qətllərin səbəbi barədə məlumat ala bilmək üçün bütün evi axtarıblar. Ancaq qətllərin motivini müəyyən etməyə kömək edəcək heç bir dəlil və ya məktub tapılmayıb. Bununla belə hadisənin ailə münaqişəsi zəminində baş verdiyi ehtimal edilir. Çünki dostları polis əməkdaşının tez-tez xanımı ilə dava etdiyini bildirib.

Elnur
AzNews.az

Bağla X